Rusiyada şəhər meri itkin düşüb

Rusiyada şəhər meri itkin düşüb
# 18 aprel 2015 11:09 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Rusiya Federasiyası Mari El Respublikasının paytaxt Yoşkar Olanın meri itkin düşüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, Yoşkar Ola meri Pavel Plotnikovun itkin düşməsi barədə polisə həyat yoldaşı bildirib.

O, ötən gecə polis bölməsinə gələrək, həyat yoldaşının sonuncu dəfə Yoşkar Oladakı İnşaatçılar küçəsinə getdiyini, ondan sonra barəsində heç bir məlumata ala bilmədiyini bildirib.

Hazırda şəhərin bütün post-patrul, dövlət avtonəqliyyat və xüsusi mühafizə xidmətinin əməkdaşları merin axtarışlarına cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR