“Türkiyə və Azərbaycan mediası: tarixi müqayisələr və ənənəvi mediadan onlayn mediaya keçid” mövzusunda konfrans keçiriləcək

“Türkiyə və Azərbaycan mediası: tarixi müqayisələr və ənənəvi mediadan onlayn mediaya keçid” mövzusunda konfrans keçiriləcək
# 09 dekabr 2014 14:54 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Dekabrın 11-də “Türkiyə və Azərbaycan mediası: tarixi müqayisələr və ənənəvi mediadan onlayn mediaya keçid” mövzusunda konfrans keçiriləcək

APA-nın məlumatına görə, Mətbuat Şurası, Azərbaycan prezidenti yanında KİV-in İnkiaşfına Dövlət Dəstəyi Fondu, Türkiyənin Azərbaycandakı səfirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı nümayəndəliyi, TRT-nin və Anadolu Agentliyinin ölkəmizdəki nümayəndəlikləri ilə birlikdə keçiriləcək konfrans üç iclasdan ibarət olacaq.

Konfransa Türkiyədən TRT telekanalının baş direktoru Şenol Goka, Türkiyə Mətbuat və İnformasiya İdarəsinin rəhbəri Əli Günəş, Ankara Qazi Universitetinin jurnalistika fakultəsinin dekanı Zakir Afşar, “haber7.com” saytının rəhbəri İbrahim Ərdoğan və digər şəxslər qatılacaqlar. Tədbirdə həmçinin dövlət rəsimilərinin, aparıcı KİV-lərin, o cümlədən internet portallarının rəhbərlərinin, ekspertlərin iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, konfrans çərçivəsində Türkiyədən gələn media nümayəndələrinin yerli telekanallarındakı proqramlara qatılması, Quba məzarlığını ziyarəti, Bakı Dövlət Universitetində və Bakı Slavyan Universitetində tələbələrlə görüşü də gerçəkləşdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR