Bakıda ötən ay piyadanı vuraraq qaçan avtobus sürücüsü tutulub

Bakıda ötən ay piyadanı vuraraq qaçan avtobus sürücüsü tutulub
# 24 oktyabr 2014 08:09 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda piyadanı vuraraq qaçan sürücü saxlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, sentyabrın 13-ü saat 21 radələrində Seyid Əzim Şirvani küçəsində naməlum avtobus 1999-cu il təvəllüdlü Təhminə Səfərovanı vurub. Piyada xəsarətlə xəstəxanaya yerləşdirilib. Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində T.Səfərovanı vuraraq hadisə yerindən qaçmaqda şübhəli bilinən 1969-cu il təvəllüdlü Elman İsmayılov idarə etdiyi «Daewoo» markalı avtobusla birlikdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR