Nyu-Yorkda QİƏT xarici işlər nazirləri Şurasının iclası keçirilib

Nyu-Yorkda QİƏT xarici işlər nazirləri Şurasının iclası keçirilib
# 26 sentyabr 2014 09:40 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Nyu-Yorkda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT) xarici işlər nazirləri Şurasının qeyri-rəsmi toplantısı keçirilib.

APA - nın xəbərinə görə, Rusiya Xarici İşlər Nazirliyinin saytında yer alan məlumata əsasən, iclasda Azərbaycan, Albaniya, Yunanıstan, Bolqarıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Serbiya və Türkiyə xarici siyasət idarələrinin rəhbərləri iştirak ediblər.

Rusiya nümayəndə heyətinə isə XİN başçısının müavini Gennadi Qatilov rəhbərlik edib.

İclasda təşkilatın fəaliyyətinin effektivliyi və gələcək inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb, QİƏT və Avropa İttifaqı arasındakı əlaqələr müzakirə olunub. QİƏT çərçivəsində çoxtərəfli inkişafın müsbət dinamikası, Qara dəniz dairəvi avtomagistral yolu, yük və sərnişin bərə nəqliyyatının bərpası kimi böyük regional layihələrin həyata keçirilməsinin sürətləndirilməsinin vacibliyi qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR