I rübdə Azərbaycan əhalisinin sayı 25 min nəfərdən çox artıb

I rübdə Azərbaycan əhalisinin sayı 25 min nəfərdən çox artıb
# 15 may 2015 09:28 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2015-ci il aprel ayının 1-i vəziyyətinə ölkə əhalisinin sayı 9 618,2 min nəfərə çataraq ilin əvvəlindən 25,2 min nəfər və ya 0,3% artıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, əhalinin sıxlığı bir kvadrat kilometrə 111 nəfər olub.

Hazırda hər 1000 nəfər kişiyə 1009 nəfər qadın düşür. Ümumi əhali arasında şəhər əhalisinin xüsusi çəkisi 53,1%, kənd əhalisinin xüsusi çəkisi isə 46,9% təşkil edir.

Ölkədə doğum səviyyəsi yüksək olaraq qalmaqda davam edir. Belə ki, cari ilin yanvar-mart ayları ərzində doğulanların sayı ölənlərin sayından 24,8 min nəfər çox olub. Cari ilin birinci rübü ərzində 38,4 min körpə doğulub və əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 16,4 təşkil edib. Doğulanların 53,6%-i oğlan, 46,4%-i isə qız uşaqlarından ibarət olub. Körpələrin 706-sı əkiz, 18-i isə üçəm doğulub.

Qeyd edək ki, 2015-ci ilin 3 ayı ərzində ölkədə 13,6 min ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə ölüm səviyyəsi 6,4-dən 5,8-ə qədər azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR