Ukraynada azərbaycanlı Apellyasiya Məhkəməsinin sədri təyin olunub

Ukraynada azərbaycanlı Apellyasiya Məhkəməsinin sədri təyin olunub
# 13 iyul 2016 16:37 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Ukraynada azərbaycanlı Çerniqov vilayəti üzrə Apellyasiya Məhkəməsinin sədri təyin olunub.

APA-nın məlumatına görə, yeni təyinat alan şəxs əslən Azərbaycanın Tovuz rayonunun Aşağı Əyyublu kəndindən olan, 1959-cu il təvəllüdlü Sadiq Rza oğlu Tağıyevdir.

S. Tağıyev APA-ya bildirib ki, bu vəzifəyə qədər Luqansk vilayətində Ali Məhkəmənin sədr müavini olub. 1977-ci ildə Donetsk Tibb İnstitutunu bitirən R. Tağıyev tibb sahəsində çalışıb. 1985-ci ildə SSRİ Daxili İşlər Nazirliyi yanında kriminalistika kursunu bitirdikdən sonra Luqansk vilayətində milis orqanlarında işləyib.

1987-ci ildə Xarkov Universitetində hüquq fakültəsini bitirən R. Tağıyev 1992-ci ildən məhkəmə sistemində müxtəlif vəzifədə çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR