II və III ixtisas qrupları üzrə qəbul imtahanında iştirak edəcək abituriyentlərə “Buraxılış vərəqəsi” verilir

II və III ixtisas qrupları üzrə qəbul imtahanında iştirak edəcək abituriyentlərə “Buraxılış vərəqəsi” verilir
# 14 iyul 2016 12:53 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 23-də 2016/2017‑ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bu imtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər iyulun 13-dən etibarən TQDK-nın internet saytına (https://eservices.tqdk.gov.az/brxvbak/?frm=egov) daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Xatırladırıq ki, abituriyentlər imtahana özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi"ni gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR