Erməni silahlı bölmələri iyun ayında atəşkəsi 655 dəfə pozub

Erməni silahlı bölmələri iyun ayında atəşkəsi 655 dəfə pozub
# 13 iyul 2016 11:05 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. İyun ayında erməni silahlı bölmələri atəşkəs rejimini 655 dəfə pozub.

APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.

İyun ayı ərzində erməni silahlı bölmələri Silahlı Qüvvələrimizin Ağdam, Füzuli, Cəbrayıl, Tərtər, Xocavənd, Goranboy, Qazax, Gədəbəy, Tovuz, Göygöl və Ağstafa rayonlarında yerləşən mövqelərini atəşə tutub.

Qeyd edək ki, may ayında atəşkəs 2475 dəfə pozulub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR