APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, V. Paşayevin meyiti nazirliyin Dövlət Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc xilasediciləri tərəfindən batdığı yerdən, təxminən, 2 km aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Bakı şəhərinin Sabunçu rayonunda dənizdə (“Nardaran-2” sularda xilasetmə məntəqəsindən təxminən 700 metr məsafədə, nəzarət olunmayan ərazidə) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər isə sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunub.
Xaçmaz rayonunda da dənizdə (“Seyidli” sularda xilasetmə postunun ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər sularda xilasetmə postunun xilasediciləri tərəfindən sudan çıxarılaraq xilas edilib.