Azərbaycan Mətbuat Şurası mitinqdə monitorinq aparacaq

Azərbaycan Mətbuat Şurası mitinqdə monitorinq aparacaq
# 15 mart 2015 09:50 (UTC +04:00)

Bakı-APA. Bu gün Milli Şuranın “İnşaatçılar” metrostansiyasının yaxınlığındakı «Məhsul» stadionunda keçirəcəyi mitinqdə jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinin monitorinqi aparılacaq.

Azərbaycan Mətbuat Şurasından APA-ya verilən məlumata görə, bu məqsədlə Şurasının Daxili İşlər Nazirliyi ilə birgə yaratdığı monitorinq qrupunun üzvləri aksiyanı izləyəcəklər.

Şuranın mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasının üzvləri də prosesdə iştirak edəcəklər. Onlar jurnalistlərə peşə fəaliyyətlərini yerinə yetirmələri üçün yaradılmış şəraiti müşahidə edəcəklər.

Bundan başqa, MŞ-nin (012) 441 35 30 telefon nömrəsi də saat 15.00-dan 17.00-dək «qaynar xətt» rejimində fəaliyyət göstərəcək.

Azərbaycan Mətbuat Şurası mitinqi işlıqlandıracaq bütün jurnalistlərdən üzərində «PRESS» yazılmış xüsusi gödəkçələrdən olmalarını xahiş edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR