Niderland MOK-də Bakı 2015 Birinci Avropa Oyunlarında iştirak edəcək Niderland milli yığmasının təqdimatı olub

Niderland MOK-də Bakı 2015 Birinci Avropa Oyunlarında iştirak edəcək Niderland milli yığmasının təqdimatı olub
# 03 iyun 2015 18:30 (UTC +04:00)

Azərbaycanın Niderlanddakı səfirliyindən APA-ya verilən məlumata görə, 12-28 iyunda Azərbaycanın paytaxtı Bakı şəhərində baş tutacaq ilk Avropa Oyunlarında Niderland 24 idman növü üzrə 119 idmançıyla təmsil edəcək. Tədbir zamanı Niderland Olimpiya Komitəsinin sədri Andre Bolhuis idmançılara müraciət edərək bildirib ki, “Bakı 2015 Birinci Avropa oyunları fantastik bir tədbirdir, odur ki irəli gedin və tarix yazın. Bütün enerji və diqqətinizi oyunlarda cəmləşdirin! Uğurlar!”.

Daha sonra çıxış edən Bakı 2015 Birinci Avropa Oyunlarında iştirak edəcək Niderland milli yığmasının rəhbəri Yeroen Beyl vurğulayıb ki, biz oyunlarda üstün olmaq, nəticələr göstərmək üçün yollanırıq. Avropa Oyunlarında Olimpiya oyunlarına nisbətən 50 ölkə az iştirak edir, idman yarışmalarının sayı da müqayisədə az olmasına baxmayaraq, Bakı sözügedən Oyunları izləmək üçün olduqca maraqlı yeniliklər təqdim edir. Məsələn, burada Olimpiya formatına daxil olmayan karate yarışması yer yer alacaqdır. Avropa Oyunları Olimpiya Oyunlarının cazibəsinə malikdir. Təşkilatçılıq ən yüksək səviyyədədir: yerləşdirmə, qida, nəqliyyat, idman obyektləri olduqca yaxşı təşkil edilib. İdman şəhərciyində 6000 nəfər idmançı yerləşdiriləcəkdir. Bununla yanaşı, Bakı 2015-ə tamaşaçıları cəlb eləmək üçün uğurlu təşkilatçılıq nümayiş etdirir. Düşünürəm ki, ölkə Avropa Oyunlarını keçirdiyinə görə fəxr edə bilər- deyə o fikrini tamamlamışdır. Daha sonra sözügedən milli yığma ilə bağlı bəzi texniki məqamlara toxunan Yeroen Beyl 5 fərqli idman növü üzrə minimum səkkiz medal qazanmaqla bağlı gözləntilərinin olduğunu açıqlayıb.

Qeyd edək ki, təqdimat mərasimi Niderland KİV-lərində geniş işıqlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR