Mikayıl Cabbarov: “Bölgələrdə, xüsusilə ucqar kəndlərdə ilk dəfə işə qəbul olunan müəllimlərin həvəsləndirmə tədbirləri davam etdiriləcək”

 Mikayıl Cabbarov: “Bölgələrdə, xüsusilə ucqar kəndlərdə ilk dəfə işə qəbul olunan müəllimlərin həvəsləndirmə tədbirləri davam etdiriləcək”
# 10 iyul 2015 12:36 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. “Artıq bir neçə ildir ki, müəllimlərin işə qəbulu üçün imtahanlar həyata keçirilir. Son illərdə tərəfimizdən tətbiq edilən siyasət bu il də davam etdiriləcək. O siyasətin kökündə vakansiyanı əldə etmək və iş yerini tutmaq üçün zəruri minimal balların, bilik səviyyəsinin nümayiş etdirilməsi şərti dayanır”. APA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov deyib.

Təhsil nazirinin sözlərinə görə, bölgələrdə, xüsusilə ucqar kəndlərdə ilk dəfə işə qəbul olunan müəllimlərin həvəsləndirmə tədbirləri davam etdiriləcək: “Bu, Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir və bu siyasətin davam etdirilməsi nəzərdə tutulub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR