Xaçmazda ABŞ və Azərbaycan hökumətinin birgə maliyyələşdirdiyi iki layihənin açılışı olub - FOTO

Xaçmazda ABŞ və Azərbaycan hökumətinin birgə maliyyələşdirdiyi iki layihənin açılışı olub - <span style="color: red;">FOTO
# 13 noyabr 2015 12:11 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Bu gün Xaçmaz rayonunda Amerika Birləşmiş Ştatları və Azərbaycan hökumətlərinin birgə maliyyələşdirdiyi və “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin dəstəyi ilə reallaşan iki layihənin açılışı olub. APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun Ağyazı-Buduq kəndində mini futbol meydançası sakinlərin istifadəsinə verilib. Meydança bundan əvvəl həmin ərazidə mövcud olan stadionun yerində qurulub. Təkmilləşdirilmiş idman qurğusundan uşaqlar və gənclər daxil olmaqla ümumilikdə 700 nəfərdən çox sakin yararlana biləcək.

ABŞ-ın Azərbaycandakı səfirliyinin iqtisadiyyat şöbəsinin rəhbəri Karter Vilbur layihənin açılışı münasibətilə təşkil olunan mərasimdə sakinləri təbrik edib. K.Vilbur kənd icmalarına öz yerli resurslarını səfərbər edərək, həyat şəraitlərini daha da yaxşılaşdırmaq üçün çalışdıqları üçün təşəkkürünü bildirib.

Digər layihə isə rayonun Qusarçay kəndində həyata keçirilib. Bu yaşayış məntəqəsində 150 ailənin elektrik təchizatının daha da yaxşılaşdırılması məqsədilə 1870 metr köhnə elektrik xətləri yeni SİP kabellərlə əvəzlənib, 54 ədəd yeni işıq dirəyi basdırılıb. Qusarçay kəndinin iki küçəsində yenilənən elektrik sistemindən 500-dən çox sakin yararlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR