İrandan Azərbaycana narkotik vasitə keçirmək istəyən şəxs saxlanılıb

İrandan Azərbaycana narkotik vasitə keçirmək istəyən şəxs saxlanılıb
# 03 mart 2015 08:21 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Astara Gömrük İdarəsinin sərnişin şöbəsində Azərbaycan vətəndaşından tiryək və həşiş qətran aşkar edilib.

Bu barədə “APA-Economics”ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Nəsib Babayevin üzərində şəxsi yoxlama zamanı ondan 1 ədəd bükümdə, xalis çəkisi 9,141 qram olan narkotik vasitə - tiryək və 1 ədəd bükümdə, xalis çəkisi 6,75 qram olan narkotik vasitə - həşiş qətranı aşkarlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR