Azərbaycan prezidenti İordaniyanın yeni səfirini qəbul edib

Azərbaycan prezidenti İordaniyanın yeni səfirini qəbul edib
# 20 noyabr 2014 15:02 (UTC +04:00)

APA-nın məlumatına görə, söhbət zamanı N. Al-Habaşneh İordaniya Kralı II Abdullanın salamlarını dövlət başçısına çatdırıb.

O ikitərəfli əlaqələrimizin möhkəmləndirilməsində Azərbaycan prezidenti ilə İordaniya Kralı II Abdullah arasında mövcud olan dostluq münasibətlərinin önəmini vurğulayıb. İordaniyalı diplomat ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.

İordaniya Kralı ilə yaxşı dostluq münasibətlərinin olduğunu vurğulayan prezident İ. Əliyev II Abdullah ilə Azərbaycanda, İordaniyada və müxtəlif beynəlxalq sammitlərdə, konfranslarda görüşlərini məmnunluqla xatırlayıb. Azərbaycanla İordaniya arasında ikitərəfli münasibətlərin yaxşı səviyyədə olduğunu deyən dövlət başçısı əlaqələrimizin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. İ. Əliyev ölkələrimizin BMT-də və digər beynəlxalq təşkilatlarda bir-birini dəstəkləməsinin önəmini qeyd edib.


Prezident İ.Əliyev II Abdullahın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İordaniyanın Kralına çatdırmağı xahiş edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR