"Azəristiliktəchizat"ın kreditor borcları 63 mln. manatı ötüb

"Azəristiliktəchizat"ın kreditor borcları 63 mln. manatı ötüb
# 03 iyul 2015 11:27 (UTC +04:00)

Bakı - APA-Economics. "Azəristiliktəchizat" ASC-nin aktivləri 2014-cü ildə 9,8% artıb.

"APA-Economics" ASC-nin 2014-cü ilin balans hesabatına istinadən xəbər verir ki, 2013-cü ildə müəssisənin aktivləri 170 mln. 979,919 min manat təşkil etdiyi halda, 2014-cü ilin sonuna bu rəqəm 187 mln. 757,022 min manat olub.

ASC-nin uzunmüddətli aktivlərinin həcmi 164 mln. 613,582 min manat, qısamüddətli aktivləri isə 23 mln. 143,440 min manat təşkil edib. Maraqlıdır ki, qısamüddətli aktivlərin həcmi 1 il öncə ilə müqayisədə 5,4% azalıb.

Hesabat dövründə cəmiyyətin öhdəlikləri 20,9% artaraq 65 mln. 564,111 min manat olub ki, bunların da hamısı qısamüddətli öhdəliklərin payına düşür. Qısamüddətli öhdəliklərin strukturuna nəzər saldıqda məlum olur ki, bunlardan 2 mln. 290,713 min manatı vergi və sair məcburi ödənişlər üzrə öhdəlikləri, 63 mln. 140,898 min manatı isə qısamüddətli kreditor borclarıdır. Bir faktı da qeyd edək ki, qısamüddətli kreditor borclarının həcmi il ərzində 21,1% artıb.

Müəssisənin nizamnamə kapitalı dəyişməyərək 19,266 mln. manat olaraq qalıb, məcmu kapitalın həcmi 4,7% artaraq 122 mln. 192,911 min manat olub. ASC-nin kapital ehtiyatı 14,5% artaraq 187 mln. 533,744 min manat təşkil edir.

ASC-nin bölüşdürülməmiş zərəri 84 mln. 606,833 min manatdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR