“AzRe” ötən il aktivlərini artırıb

“AzRe” ötən il aktivlərini artırıb
# 08 aprel 2015 12:35 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “AzRe” təkrarsığorta şirkəti ötən il aktivlərini artırıb.

APA-Economics” şirkətin saytında yer alan hesabata əsasən xəbər verir ki, “AzRe”nin məcmu aktivləri 2013-cü il ilə müqayisədə 21,57% artaraq 84 mln. 243 min 986,60 manat olub.

Hesabat dövründə şirkətin öhdəlikləri 30,69% artaraq 28 mln. 704 min 48,51 manata çatıb.

Ötən ilin sonuna şirkətin nizamnamə kapitalı dəyişməyərək 40 mln. manat, məcmu kapitalı isə 17,34% artaraq 55 mln. 539 min 938,09 manat təşkil edib.

2014-cü ildə “AzRe”nin cəmi gəlirləri 48 mln. 457 min 683,79 manat, cəmi xərcləri 33 mln. 522 min 526,53 manat olub.

Şirkət ötən ili 11 mln. 955,6 min manat xalis mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR