Şəkidə 12 yaşlı uşağı elektrik cərəyanı vurub

Şəkidə 12 yaşlı uşağı elektrik cərəyanı vurub
# 26 sentyabr 2015 07:43 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Şəki şəhərində 12 yaşlı uşağı elektrik cərəyanı vurub.


Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, sentyabrın 25-də axşam saat 19.00 radələrində Şəki şəhəri, Xoyski küçəsi, ev 9-da yaşayan 2003-cü il təvəllüdlü Rauf Əyyub oğlu Hacıyev elektrotravma xəsarəti ilə xəstəxanaya daxil olub. Müayinə və araşdırma zamanı məlum olub ki, 12 yaşlı R. Hacıyev evlərinin qarşısında oynayarkən ehtiyatsızlıqdan əli elekrik sayğacına dəyib. Nəticədə Rauf Hacıyev elektrotravma və hər iki əlin baş barmağından yanıq xəsarətləri alıb. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən R. Hacıyevin vəziyyəti hazırda orta-stabil qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR