Tiflis səhnəsində "İlahi oyun" tamaşası oynanılıb - FOTOSESSİYA

Tiflis səhnəsində "İlahi oyun" tamaşası oynanılıb - <span style="color: red;">FOTOSESSİYA
# 03 oktyabr 2014 22:27 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, rejissor Mikayıl Mikayılovun quruluşunda hazırlanan tamaşada Azərbaycanın Əməkdar artistləri Vidadi Həsənov (Ozan-Ata), Pərviz Məmmədrzayev (Ozan-Oğul), aktyorlar Nigar Güləhmədova (Ozan – Ana) və Novruz Novruzlu (Kut) çıxış ediblər. "İlahi oyun" əsəri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Əsər Dədə Qorqud dastanında verilən qədim danışıq dili ilə nümayiş etdirilib.

Tamaşa sentyabrın 20-də başlanan VI Tiflis Beynəlxalq Teatr Festivalı çərçivəsində göstərilib. Əməkdar artist Vidadi Həsənov APA-ya açıqlamasında "İlahi oyun" tamaşasının bir il bundan əvvəl hazırlandığını və bu əsərin premyerasının ilk dəfə min nəfərlik Konya festivalında keçirildiyini bildirib: "Bu gün oynadığımız tamaşa ilk dəfə olaraq Tiflis səhnəsində oynanılır. Çox məmnunam ki, tamaşaçılar aktyorlarımızın peşəkarlığını dəfələrlə alqışladılar. Bu, bizim əməyimizə verilən ən yüksək qiymətdir."

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR