Astara sakini həmyerlisini güllələyib

Astara sakini həmyerlisini güllələyib
# 10 iyul 2014 12:47 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Astara sakini həmyerlisini güllələyib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 10-da Astara rayonunun Ərçivan kəndində kənd sakini Teymur Baxşıyev münaqişə zəminində ov tüfəngindən atəş açaraq, həmkəndlisi Ruslan Şahverdiyevə ayaq nahiyəsindən xəsarət yetirib.

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.Baxşıyev tutulub. Ondan hadisəni törədərkən istifadə etdiyi tüfəng, habelə 1 ədəd patron götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR