Akşin Mehdiyev İƏT-in Avropa İttifaqı yanında daimi müşahidəçisi təyin olunub

Akşin Mehdiyev İƏT-in Avropa İttifaqı yanında daimi müşahidəçisi təyin olunub
# 05 noyabr 2015 10:26 (UTC +04:00)

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 4 noyabr 2015-ci il tarixində İslam Əməkdaşlıq Təşkilatının Ümumi Katibliyindən Xarici İşlər Nazirliyinə daxil olmuş notada İƏT-in baş katibi tərəfindən səfir A. Mehdiyevin İƏT-in Avropa İttifaqı yanında daimi müşahidəçisi vəzifəsinə qəbul edilməsi təsdiq edilərək, onun vəzifə səlahiyyətlərinin icrasına 1 dekabr 2015-ci il tarixindən etibarən başlayacağı bildirilir.

Səfir A. Mehdiyev 2001-2006-cı illərdə Azərbaycanın Avropa Şurası, 2006-2014-cü illərdə isə BMT yanında Daimi Nümayəndəsi olub.

Qeyd edək ki, bundan öncə İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanında daimi müşahidəçisi Arif Məmmədov olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR