Bakı-İstanbul-Bakı reyslərinin Boeing-787 “Dreamliner” təyyarəsi ilə yerinə yetirilməsinə başlanılıb

Bakı-İstanbul-Bakı reyslərinin Boeing-787 “Dreamliner” təyyarəsi ilə yerinə yetirilməsinə başlanılıb
# 04 mart 2015 06:59 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Bu ilin martın 1-dən etibarən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı-İstanbul-Bakı marşrutu üzrə reysləri (Bakıdan uçuş – yerli vaxtla saat 09:45, İstanbuldan uçuş – yerli vaxtla saat 12:20) Boeing-787 “Dreamliner” təyyarəsində yerinə yetirilir.

AZAL-dan “APA-Economics”ə verilən məlumata görə, bu müasir tipli hava gəmisinin istismarı nəticəsində “Azərbaycan Hava Yolları” təkcə keyfiyyət cəhətdən fərqli səviyyədə rahatlıq təklif etmir, həm də təqdim olunan xidmətlər spektrini genişləndirir.

Artıq martın ilk günündən İstanbul reyslərinin sərnişinləri premium ekonom xidmət sinfində səyahət etmək imkanı əldə edəcəklər. Bu xidmət sinfi adi ekonom siniflə müqayisədə bir sıra üstünlüklərə malikdir.

Qeyd edək ki, İstanbul artıq “Azərbaycan Hava Yolları” QSC-nin marşrut şəbəkəsində premium ekonom xidmət sinfinin tətbiq edildiyi ikinci istiqamətdir. Eyni xidmət sinfi aviaşirkətin Nyu-York istiqamətində yerinə yetirilən reyslərində də tətbiq edilib.

Xatırladaq ki, Boeing-787 “Dreamliner” təyyarəsi 2014-cü ilin dekabr ayında “Azərbaycan Hava Yolları” QSC-nin hava gəmiləri parkına daxil olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR