Biləsuvar sakini intihara cəhd edib

Biləsuvar sakini intihara cəhd edib
# 28 oktyabr 2015 17:10 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, Biləsuvar şəhər sakini, 24 yaşlı Ramilə Hüsü qızı Rüstəmova sirkə turşusu içərək özünü öldürməyə cəhd edib. Hadisə barədə xəbər tutan Ramilənin yaxınları onu dərhal Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar. Burada ona lazımi tibbi yardım göstərildikdən sonra hazırda vəziyyəti orta-ağır qiymətləndirilir.

Ramilə Rüstəmovanın intihara cəhd etməsinin səbəbləri barədə hələlik hər hansı bir məlumat verilmir.

Faktla bağlı rayonun hüquq mühafizə orqanlarında araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR