Millimiz Almaniya klubuna məğlub olub

Millimiz Almaniya klubuna məğlub olub
# 19 mart 2015 10:35 (UTC +04:00)

Bakı – APA. Avropa çempionatının elit-raund mərhələsinə hazırlıq məqsədilə Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət milli komandamız yoxlama oyunu keçirib. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, yığmamız Düsseldorf şəhərini təmsil edən "Fortuna" komandasının əvəzedici heyəti ilə qarşılaşıb.

Oyun Almaniya klubunun xeyrinə başa çatıb. “Fortuna” millimizi 2:0 hesabı ilə məğlubiyyətə uğradıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR