Nemtsovun Rusiyanın Ukraynadakı münaqişədə rolu haqqında hesabatı apreldə dərc olunacaq

Nemtsovun Rusiyanın Ukraynadakı münaqişədə rolu haqqında hesabatı apreldə dərc olunacaq
# 15 mart 2015 05:22 (UTC +04:00)

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, bu barədə rusiyalı müxalifətçi İlya Yaşin bildirib.

Yaşinin sözlərinə görə, Nemtsovun hesabatını yekunlaşdırmaq məqsədi ilə ekspertlərdən ibarət komanda yaradılıb.

İlya Yaşin qeyd edib ki, toplanmış materialların böyük hissəsi artıq ekspertlər tərəfindən işlənib. Yaşinin sözlərinə görə, onlar Boris Nemtsovun qətlindən əvvəl apardığı araşdırmanı yaxın zamanda yekunlaşdırmaq niyyətindədirlər.

Bundan əvvəl İlya Yaşin Boris Nemtsovun qətlində “Ukrayna izi” olması versiyasını spekulyasiya adlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR