“Sağ Sektor” Kiyevin mərkəzində təşkil etdiyi aksiyada tələblərini açıqlayıb - FOTO

“Sağ Sektor”  Kiyevin mərkəzində təşkil etdiyi aksiyada tələblərini açıqlayıb - <span style="color: red;">FOTO
# 12 iyul 2015 05:11 (UTC +04:00)

Bakı-APA. Ukraynanın “Sağ Sektor” milliyyətçi təşkilatı Kiyevin mərkəzində Prezident Administrasiyası binasının qarşısında təşkil etdiyi aksiyada tələblərini açıqlayıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, etirazçıların əsas tələbi daxili işlər naziri Arsen Avakovun və DİN-nin Zakarpat vilayəti üzrə idarə rəhbərliyinin istefası olub.

Məlumata görə, prezident administrasiyası binasının girişi Milli Qvardiyanın hərbçiləri tərəfindən mühafizəyə götürülüb. Bundan başqa, hadisə yerinə bir neçə avtobus polis əməkdaşı cəlb olunub.

Aksiya iştirakçıları hazırkı hakimiyyətin apardığı siyasəti tənqid atəşinə tutub.

Qeyd edək ki, “Sağ Sektor” təşkilatının Zakarpat vilayətinin Mukaçevo şəhərində törətdiyi atışma nəticəsində 10 nəfər yaralanıb. Onlardan 4-ü – xüsusi təyinatlılar, biri milis əməkdaşı, 5-i isə mülki şəxslərdir.

Məlumata əsasən, atəş açanlardan 3 nəfər öldürülüb, 5 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR