Bruney sultanı, Qətər əmiri və Moldova prezidenti Azərbaycanın dövlət başçısını təbrik ediblər

Bruney sultanı, Qətər əmiri və Moldova prezidenti Azərbaycanın dövlət başçısını təbrik ediblər
# 29 may 2015 13:13 (UTC +04:00)

APA-nın məlumatına görə, Bruney sultanının məktubunda deyilir:

“Zati-aliləri, Sizi salamlayır, Ulu Tanrıdan Sizə xeyir və bərəkət arzulayıram. Respublika Günü münasibətilə Sizə, Azərbaycan Respublikasının Hökumətinə və xalqına ən səmimi təbriklərimi göndərməkdən məmnunluq duyuram. Sizə və xalqınıza xoşbəxtlik və rifah arzulayıram. Ölkələrimiz arasında ikitərəfli dostluğu, habelə beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə də İslam Əməkdaşlıq Təşkilatında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinə olan marağı yüksək qiymətləndirirəm. Uca Allah Sizə və Azərbaycan xalqına tərəqqi və rifah bəxş etsin”.

İ. Əliyevi 28 May – Respublika Günü münasibəti ilə həmçinin Moldova prezidenti Nikolaye Timofti təbrik edib.

N. Timoftinin məktubunda deyilir: “Zati-aliləri, Milli bayramınız – Respublika Günü münasibətilə bütün Moldova Respublikası xalqı adından və şəxsən öz adımdan Azərbaycan xalqına sülh və daha da çiçəklənmək arzuları ilə Sizi səmimi qəlbdən təbrik etməkdən xüsusi məmnunluq duyuram.

Qəti əminliyimi bildirirəm ki, dövlətlərimiz arasında dostluq və qarşılıqlı anlaşma münasibətlərinin ənənəvi əsası olan ikitərəfli dialoq Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın iki ölkənin və xalqın rifahı naminə daha da inkişaf etməsinə və genişlənməsinə kömək edəcək.

Zati-aliləri, Bakıya qarşıdakı səfərim ilə əlaqədar Sizinlə tezliklə görüşəcəyimə ümid bəsləyir, Sizə möhkəm cansağlığı və məsul dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edir, dərin ehtiramımı bildirirəm”.

Qətər dövlətinin əmiri Təmim bin Həməd Al Tani də Azərbaycan prezidentini 28 May – Respublika Günü ilə əlaqədar təbrik edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR