Bakıda ikimərtəbəli binada yanğın olub

Bakıda ikimərtəbəli binada yanğın olub
# 08 may 2015 22:45 (UTC +04:00)

Bakı-APA. Bakıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Bakının Sabunçu rayonunda ümumi sahəsi 1000 kv.m olan ikimərtəbəli binanın 1-ci mərtəbəsində plastik pəncərə və taxta qırıntıları 20 kv.m sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR