Cəlilabadda qanvermə aksiyası keçirilib - FOTOSESSİYA

Cəlilabadda qanvermə aksiyası keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 19 noyabr 2015 17:32 (UTC +04:00)

Cəlilabad. Ağəddin Babayev – APA. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Cəlilabadda talassemiyalı və hemofiliyadan əziyyət çəkən şəxslərə kömək məqsədilə könüllü qanvermə aksiyası təşkil olunub. APA-nın cənub bürosunun məlumatına görə, aksiya noyabrın 19-da Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında (MRX) baş tutub. Donorlar qeydiyyatdan keçdikdən sonra xüsusi ayrılmış yerlərdə könüllü və təmənnasız surətdə qan veriblər.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, hüquq-mühafizə orqanlarının rəhbərləri, ayrı-ayrı kollektivlərin üzvləri könüllü aksiyada iştirak ediblər. Rayonun təhsil və səhiyyə işçiləri də aksiyada fəallıqları ilə seçiliblər.

Cəlilabad MRX-nın baş həkimi İlham Əliyevin sözlərinə görə, aksiyada toplanan qan respublika Elmi Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunda yoxlanıldıqdan sonra Mərkəzi Qan Bankına göndəriləcək və irsi qan xəstələrinin müalicəsində istifadə ediləcək.

Günün yekununda aksiyada 115 nəfərin qan verərək talassemiyalı uşaqların həyatının xilasına köməklik göstərmələri məlum olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR