Nəsimi rayonunda elektrik şitində sayğaclar, Suraxanıda avtomobil yanıb

Nəsimi rayonunda elektrik şitində sayğaclar, Suraxanıda avtomobil yanıb
# 18 may 2015 06:32 (UTC +04:00)

Bakı - APA. Bakının Nəsimi rayonunda ümumi həyətdə quraşdırılmış elektrik şitinin içərisində 6 ədəd sayğac yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, yaxınlıqdakı ev yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakının Suraxanı rayonunda isə sahibi məlum olmayan “Hyundai” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR