Vurğun Əyyubun Müsavatdan çıxarılması ilə bağlı qərardan Nəzarət-Təftiş Komissiyasına şikayət edilib

Vurğun Əyyubun Müsavatdan çıxarılması ilə bağlı qərardan Nəzarət-Təftiş Komissiyasına şikayət edilib
# 08 may 2015 15:34 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Müsavat Məclisinin sabiq üzvü, Azərbaycan Demokratiya və Rifah Hərəkatı sədrinin müavini Vurğun Əyyubun Müsavatdan çıxarılması ilə bağlı qərardan Binəqədi rayon təşkilatının Nəzarət-Təftiş Komissiyasına şikayət verilib.

Partiyanın Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri Sevinc Hüseynova APA-ya açıqlamasında bildirib ki, hazırda şikayətlə bağlı araşdırma aparılır: “Məni də iclasa dəvət etmişdilər. Hələlik yekun qərar olmasa da, onu deyə bilərəm ki, Vurğun Əyyubun çıxarılması ilə bağlı verilən qərarda yetərsay təmin olunub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR