Azərbaycan prezidenti Avropa Parlamentinin Avropa Mühafizəkarlar və İslahatçılar Siyasi Qrupunun sədrini qəbul edib

Azərbaycan prezidenti Avropa Parlamentinin Avropa Mühafizəkarlar və İslahatçılar Siyasi Qrupunun sədrini qəbul edib
# 01 may 2013 16:37 (UTC +04:00)

Bakı – APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev Avropa Parlamentinin Avropa Mühafizəkarlar və İslahatçılar Siyasi Qrupunun sədri Martin Kallananın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.


APA-nın xəbərinə görə, Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayan prezident İlham Əliyev özünün Brüsselə və Avropa İttifaqının prezidenti Herman Van Rompuyun və Avropa Komissiyasının prezidenti Xose Manuel Barrozunun, Avropa İttifaqının ali nümayəndəsi Ketrin Eştonun Azərbaycana uğurlu səfərlərini məmnunluqla xatırlayıb. Əməkdaşlığımızın yüksək səviyyədə olduğunu deyən dövlət başçısı bu əməkdaşlığı daha da genişləndirməyin önəmini vurğulayıb.

Avropa Parlamentinin Avropa Mühafizəkarlar və İslahatçılar Siyasi Qrupunun sədri Martin Kallanan öz növbəsində Avropa İttifaqının əlverişli strateji mövqedə yerləşən Azərbaycan ilə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirib.

Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın perspektivlərindən, regional əlaqələrdən və digər məsələlərdən danışılıb. Söhbət zamanı Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR