Təhsil naziri Saatlıda vətəndaşları qəbul edəcək

Təhsil naziri Saatlıda vətəndaşları qəbul edəcək
# 02 dekabr 2014 07:31 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Təhsil naziri Mikayıl Cabbarov dekabrın 8-də Saatlı şəhərindəki Gənclər Mərkəzində Saatlı, Sabirabad, İmişli, Beyləqan, Hacıqabul rayon və Şirvan şəhər sakinlərini qəbul edəcək.

Təhsil NAzirliyindən APA-ya verilən xəbərə görə, qəbula gəlmək istəyən vətəndaşlar 2, 3, 4 və 5 dekabr tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts_qebul elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyatı məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR