Azərbaycan hərbçiləri Türkiyə və Rumıniyada keçiriləcək tədbirlərdə iştirak edəcəklər

Azərbaycan hərbçiləri Türkiyə və Rumıniyada keçiriləcək tədbirlərdə iştirak edəcəklər
# 22 noyabr 2014 08:58 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, noyabrın 24-dən 28-dək Ankara şəhərində Təbii fəlakətlər zamanı humanitar yardım əməliyyatları kursu keçiriləcək. Noyabrın 25-dən 30-dək Antaliya şəhərində 31-ci Beynəlxalq Qastroenteroloji konfransı baş tutacaq. Noyabrın 24-dən dekabrın 12-dək İzmir şəhərində Hərbi qulluqçu mübadiləsi olacaq.

Bundan başqa, noyabrın 24-dən dekabrın 19-dək Rumıniyanın Braşov şəhərində Proqram və layihələrin idarə olunması kursu olacaq.

Tədbirlərə Azərbaycan hərbçiləri də qatılacaq.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR