Bank Of Baku

Merkel: "Suriyada hərbi əməliyyat vacib idi"

Merkel: "Suriyada hərbi əməliyyat vacib idi"
# 14 aprel 2018 11:16 (UTC +04:00)

Almaniya federal kansleri Angela Merkel ABŞ, İngiltərə və Fransanın Suriyada həyata keçirdiyi hərbi əməliyyata dəstək ifadə edib.

 

APA-nın "İnterfaks"a istinadən verdiyi xəbərə görə, Merkel hərbi əməliyyatların uğurlu alındığını deyib: "Amerikalı, fransalı və britaniyalı müttəfiqlərimizin belə bir məsuliyyəti öhdələrinə götürdükləri üçün onları dəstəkləyirik. Əməliyyatlar hər kəsin Suriyada kimyəvi silah istifadəsinə diqqətini yönəltmək və Suriya hakimiyyət qüvvələrinin daha çox pozuntulara yol verməsinin qarşısını almaq baxımından vacib və ölçülü idi".

 

A. Merkel bildirib ki, bu əməliyyatın məqsədi Suriya rejiminin kimyəvi silahlardan istifadə edərək hücumlar həyata keçirmək imkanlarını zəiflətməkdir. O, Almaniyanın bütün diplomatik addımları dəstəkləyəcəyini də vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR