Nursultan Nazarbayev: "Rusiyanı qiymətləndirməmək yanlışlıq olardı"

Nursultan Nazarbayev: "Rusiyanı qiymətləndirməmək yanlışlıq olardı"
# 05 dekabr 2014 13:30 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva - APA. “Ukrayna baharı”nın təşkili ilə bağlı istək “Krım baharı” ilə nəticələndi".

APA-nın İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, bunu Qazaxıstan prezidenti Nursultan Nazarbayev fransalı həmkarı Fransua Ollandla görüşü zamanı deyib.

“Bütün beynəlxalq hüquq prinsipləri pozulub, liderlər arasında inam hissi azalıb, G8 birliyi dağılıb. Bundan başqa nə ola bilər ki?! Mən Vladimir Putin və ya digərlərinin haqlarının müdafiəçisi kimi çıxış etmək niyyətində deyiləm. Ancaq təhlilim bundan ibarətdir ki, Rusiyada “Ukrayna baharı”nı yaratmaq cəhdi uğursuzluqla nəticələndi və əvəzində “Krım baharı” yaşandı”, - deyə o vurğulayıb.

N. Nazarbayev həmçinin dünya ictimaiyyətini Rusiyanın imkanlarını düzgün qiymətləndirməyə çağırıb: “Rusiyanı qiymətləndirməmək yanlışlıq olardı. Bu ölkə böyük əraziyə və zəngin təbii sərvətlərə malikdir. Ola bilər ki, sanksiyalar müəyyən təsir mənada etsin, lakin onu da nəzərə almaq lazımdır ki, neft, qaz və digər təbii sərvətlər öz yerində qalacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR