Naxçıvan əhalisi banklara 7 mln. manata yaxın əmanət qoyub

Naxçıvan əhalisi banklara 7 mln. manata yaxın əmanət qoyub
# 27 fevral 2015 11:17 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2013-cü illə müqayisədə 2014-cü ildə Naxçıvan Muxtar Respublikasında əhalinin banklara qoyduğu əmanətlərin həcmi 1 mln. 701 min manat artıb.

APA-Economics”in məlumatına görə, bu barədə “Şərq qapısı” qəzetinə müsahibəsində Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Səbuhi Məmmədov deyib.

Onun sözlərinə görə, muxtar respublikada fəaliyyət göstərən banklarda fiziki şəxslərin əmanətlərinin həcmi 6 mln. 772 min manat, o cümlədən xarici valyuta ilə 1 mln. 740 min manat təşkil edir.

S. Məmmədov əlavə edib ki, banklara qoyulan əmanətlər üçün müddətindən və növündən asılı olaraq, 4%-dən 18%-dək illik faiz ödənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR