47 xarici KİV nümayəndəsi Gürcüstana səfər edib

47 xarici KİV nümayəndəsi Gürcüstana səfər edib
# 13 mart 2015 23:09 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Ukrayna, Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstandan gələn jurnalistlər Gürcüstanın gəzməli yerlərinə də baş çəkəcəklər.

Press-turda Azərbaycanı 9 KİV nümayəndəsi təmsil edib. Gürcüstan Milli Turizm Agentliyinin administrasiyasının məlumatına görə, KİV nümayəndələri Msxeta, Siqnaxi, Tsinandali, Qudauri, Qori, Tsxaltubo, Axaltsixe və Batumiyə səfər edəcəklər.

Gürcüstana səfər edən xarici jurnalistlər ilk tədbir kimi Tiflisdə təşkil olunan və turizmdən bəhs edən beynəlxalq media-forumda iştirak ediblər. Tədbirdə Gürcüstan Milli Turizm Agentliyinin rəhbəri Georgi Çoqovadze jurnalistlər qarşısında çıxış edərək agentliyin vəzifə və planları barədə ətraflı məlumat verib.

G. Goqovadze çıxışında Azərbaycanın turizm və digər sahələrdə Gürcüstanın əsas tərəfdaşı olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR