Dünya fond bazarında səhmlər bahalaşıb

Dünya fond bazarında səhmlər bahalaşıb
# 29 oktyabr 2014 06:43 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 1,12% - 17 005,75 bəndədək, S&P 500 1,19% - 1 985,05 bəndədək, NASDAQ 1,75% - 4 564,29 bəndədək artıb.

APA-Economics”in məlumatına görə, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,61% - 6 402,17 bəndədək, Fransa CAC-40-ı 0,39% - 4 112,67 bəndədək, Almaniya DAX-ı isə 1,86% - 9 068,19 bəndədək bahalaşıb.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,30 dollar artaraq 1229,70 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR