Paşha Bank
Bank Of Baku

Fransada toqquşmalarda 159 polis, 60 aksiya iştirakçısı xəsarət alıb, 4-nün durumu ağırdır - YENİLƏNİB

Fransada toqquşmalarda 159 polis, 60 aksiya iştirakçısı xəsarət alıb, 4-nün durumu ağırdır - YENİLƏNİB
# 01 noyabr 2026 16:37 (UTC +04:00)

Fransada şənbə günü gün ərzində və axşam saatlarında etiraz aksiyaları zamanı 779 nəfər saxlanılıb.

Bu barədə “Le Figaro”-nun Fransa Daxili İşlər Nazirliyinə istinadən açıqladığı son məlumatda bildirilib.

Ölkə üzrə ictimai yerlərdə 291 aksiya qeydə alınıb.

Qeyd edilib ki, dünən keçirilən aksiyalar zamanı ümumilikdə hüquq-mühafizə orqanlarının 159 əməkdaşı xəsarət alıb.

***

saat 16.28

Fransanın bir neçə şəhərində nümayişlərin iğtişaşlara çevrilməsi və polislə toqquşmalar nəticəsində ölkə üzrə etiraz aksiyalarında azı 60 nəfər xəsarət alıb.

Bu barədə “Le Figaro” qəzeti təcili tibbi yardım xidmətlərinə istinadən məlumat yayıb.

Toqquşmalar zamanı xəsarət alanlardan dördünün vəziyyətinin ağır olduğu bildirilir.

Polislər arasında da xəsarət alanlar var. Marsel Polis Prefekturasının məlumatına görə, təkcə bu şəhərdə iğtişaşların yatırılması və talan hallarının qarşısının alınması zamanı hüquq-mühafizə orqanlarının 19 əməkdaşı yaralanıb. Bununla yanaşı, Parisdə bir neçə jandarm əməkdaşı etiraz aksiyasının aqressiv iştirakçılarının onların üzərinə yandırıcı qarışıq olan pirotexniki vasitələr atmasından sonra ciddi yanıq xəsarətləri alıb.

Qeyd edək ki, oktyabrın 31-də Fransada etiraz aksiyaları yenidən başlayıb. Paytaxtda yürüşün sonunda aqressiv əhval-ruhiyyəli etirazçılar hüquq-mühafizə əməkdaşlarına daş və butulkalar atmağa başlayıblar. Buna cavab olaraq polis gözyaşardıcı qaz və səs qumbaralarından istifadə edib. Digər şəhərlərdə də polislə toqquşmalar baş verib. Şənbə günü yerli vaxtla saat 21:00-a olan məlumata görə, ölkə üzrə 565 nəfər saxlanılıb.

Oktyabrın 31-də keçirilən etirazlar oktyabrın 17 və 24-də baş tutmuş, bir sıra şəhərlərdə polislə toqquşmalar və mağazaların qarət edilməsi ilə müşayiət olunmuş genişmiqyaslı aksiyaların davamı olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR