“Müslüm Maqomayev haqqında xatirələr” filminin jurnalistlər üçün təqdimatı keçirilib

“Müslüm Maqomayev haqqında xatirələr” filminin jurnalistlər üçün təqdimatı keçirilib
# 30 sentyabr 2014 10:30 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Rejissor Tofiq İsmayılov Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkdiyi “Müslüm Maqomayev haqqında xatirələr” filminin premyerası ərəfəsində jurnalistlər üçün filmin təqdimatını keçirib.

APA-nın məlumatına görə, təqdimatda çıxış edən rejissor bildirib ki, M.Maqomayev haqqında onun sağlığında film çəkmək niyyəti olub: "Bu fikrim çoxdan var idi, amma təəssüf ki, onun işlərinin çoxluğu buna imkan vermirdi. Bəzən qastrol səfərləri, bəzən konsertlər, məşqlər bizə imkan vermirdi. Müslüm Maqomayev dünyasını dəyişəndən sonra filmi onun xatirəsinə həsr etdik".


Filmin çəkilişləri Moskvada və Bakıda aparılıb. “Müslüm Maqomayev haqqında xatirələr” M.Maqomayevin həyat yoldaşı, SSRİ xalq artisti Tamara Sinyavskayanın xatirələri əsasında lentə alınıb. Film boyu M.Maqomayevin ifaları səslənir, T.Sinyavskaya onun haqqında xatirələrini danışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR