APA-nın “1tv.ru”ya istinadən verdiyi məlumata görə, bunu Rusiya Hərbi-Dəniz Donanmasının komandanı, admiral Viktor Çirkov deyib.
V. Çirkov bildirib ki, oyunlara maraq böyükdür: “Biz burada təkcə iştirakçıları yox, həm də müşahidəçiləri görürük. Onlar gələcəkdə yarışlarda iştirak etmək üçün bura gəliblər”.
Rusiya Hərbi-Dəniz Donanmasının komandanı bildirib ki, komandalar quruda və suda mürəkkəb tapşırıqlar yerinə yetirməlidir. Onun sözlərinə görə, yarış iştirakçıları bu işin öhdəsindən məharətlə gəlirlər.
Qeyd edək ki, yarışların əsas mükafatı katerdir.