«AccessBank» bayram günlərində də işləyəcək

«AccessBank» bayram günlərində də işləyəcək
# 18 mart 2013 11:50 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən «AccessBank» QSC-nin Bakı şəhəri və regiondakı bütün filiallarının kassaları martın 23, 25 və 26-da fəaliyyət göstərəcək. Bankdan «APA-Economics»ə verilən məlumata görə, həmin günlər müştərilər kredit borcunun ödənilməsi, sürətli pul köçürmələri, valyuta dəyişmə əməliyyatları, kommunal və digər bu tipli ödənişlərin aparılması ilə bağlı kassa əməliyyatlarını həyata keçirə biləcəklər.

Xatırladaq ki, «AccessBank» QSC «Fitch» beynəlxalq reytinq agentliyi tərəfindən Azərbaycan bankları arasında ən etibarlı bank adına layiq görülüb («sabit» proqnozlu «BB+» reytinqi), həmçinin «Global Finance» (2011-ci il) və «Euromoney» nəşriyyat qrupu (2010-cu, 2011-ci və 2012-ci illərdə) tərəfindən «Azərbaycanın ən yaxşı bankı», «The Banker» dərgisi (2011-ci il) tərəfindən isə «İlin bankı» adına layiq görülüb.

«AccessBank» 100% xarici kapitala malikdir və 6 beynəlxalq maliyyə institutuna məxsusdur. Bu, mikromaliyyə sahəsində strateji maliyyəçi rolunda çıxış edən Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, KFW, mikromaliyyələşdirmə sahəsində strateji investor qismində çıxış edən «Access Holding» və Almaniyanın «LFS Financial Systems» şirkətləridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR