Vyanada İranın nüvə proqramına dair danışıqların növbəti raundu başlayır

Vyanada İranın nüvə proqramına dair danışıqların növbəti raundu başlayır
# 12 may 2015 00:39 (UTC +04:00)

Bakı-APA. Mayın 12-də Vyanada İranın nüvə proqramına dair danışıqların növbəti raundu başlayır.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, danışıqlara İran və Avropa İttifaqı xarici işlər idarələri başçılarının müavinləri Abbas Əraqçı və Helqa Şmidtin görüşü ilə start veriləcək.

Məlumata əsasən, İranın nüvə proqramına dair razılaşmanın mətni üzərində işlər davam etdiriləcək. Görüşə İran XİN rəhbərinin digər müavini Məcid Taxt-Rəvançının da qatılacağı gözlənilir.

Mayın 15-də isə danışıqlara “altılıq” ölkələrinin (ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Çin) xarici işlər nazirlərinin müavinləri qoşulacaq.

Qeyd edək ki, İranın nüvə proqramına dair son danışıqlar mayın əvvəlində Nyu-Yorkda baş tutmuşdu.

Xatırladaq ki, aprelin əvvəlində İran və "altılıq” ölkələri arasında nüvə proqramı üzrə razılaşmanın əsas bəndləri müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR