Naxçıvanda 12 silah könüllü olaraq polisə təhvil verilib

Naxçıvanda 12 silah könüllü olaraq polisə təhvil verilib
# 20 iyul 2016 22:19 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Bu ilin 6 ayı ərzində Naxçıvan şəhərində 12 silah könüllü olaraq polisə təhvil verilib.

APA-nın məlumatına görə, Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən əhalidə olan qanunsuz silahların yığılması ilə bağlı daim profilaktik tədbirlər həyata keçirilir.

Naxçıvanda aparılan maarifləndirmə işləri nəticəsində cari ilin altı ayı ərzində 3 ədəd yivli, 9 ədəd yivsiz silah vətəndaşlar tərəfindən tapılaraq könüllü olaraq polisə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR