Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Qazaxıstanda saxlanılıb

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Qazaxıstanda saxlanılıb
# 13 mart 2015 08:09 (UTC +04:00)

APA-nın “Novosti-Kazaxstan” informasiya agentliyinə istinadən verdiyi məlumata görə, bir sıra cinayətlərdə təqsirli bilinən Azərbaycan vətəndaşı Akmola vilayətində saxlanılıb. Yerli polisin verdiyi məlumata görə, ərazidə “Axtarış” adlı dövlətlərarası genişmiqyaslı əməliyyat keçirilib.

Nəticədə qanunsuz silah-sursat əldə etmə, oğurluq, odlu silah saxlama və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə maddələri ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən axtarışa verilən 46 yaşlı azərbaycanlı saxlanılıb.

O müvəqqəti saxlanma təcridxanasına göndərilib.

Saxlanılan şəxsin adı açıqlanmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR