BQXK sədri Donbasda itkin və girov düşən mülki azərbaycanlılarla bağlı müraciətlərə münasibət bildirib

BQXK sədri Donbasda itkin və girov düşən mülki azərbaycanlılarla bağlı müraciətlərə  münasibət bildirib
# 24 fevral 2015 23:47 (UTC +04:00)

Ukraynanın Donetsk və Luqansk vilayətlərində baş verən hərbi münaqişə nəticəsində əsir və itkin düşən şəxslər də bizim diqqətimizdədir". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya paytaxtında keçirdiyi mətbuat konfransında Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) sədri Peter Maurer deyib.

Ukraynada yaşayan azərbaycanlıların ölkənin münaqişə bölgəsində itkin və girov düşən mülki azərbaycanlılarla bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinə etdiyi müraciətə münasibət bildirən Peter Maurer bildirib ki, BQXK nümayəndələri indiyədək Ukraynanın münaqişə bölgəsinin hərbi və mülki əsirlərin saxlanıldığı 21 məntəqəsinə baş çəkib. Həmin məntəqələrdən 170 nəfər əsirlikdə olanı tapmışıq. Bu iş üzrə fəaliyyətimizi davam etdiririk".

Peter Maurer Beynəlxalq Qırmızı Xaç Komitəsi üçün çox çətin dövr olduğunu söyləyib: "Hal-hazırda dünyanın bir çox yerlərində hərbi münaqişələr hökm sürür. Yaxın və Orta Şərq, Afrika və digər regionlarda hərbi münaqişələr neçə illərdir ki, davam edir. Biz, bir sıra çətinliklərlə qarşılaşırıq. Münaqişələr sırasına indi Ukrayna da qatılıb. 14 ay bundan qabaq BQXK demək olar ki, Ukraynada aktiv fəaliyyət göstərmirdi. İndi isə mövcud münaqişə ilə əlaqədar BQXK var gücü ilə münaqişə bölgəsində çalışır. Ukraynada vəziyyət çox gərgindir. Hərbi münaqişədən əziyyət çəkənlərin əksəriyyəti qocalar, qadınlar və uşaqlardır. Onların köçürülməsi ilə bağlı böyük problemlər mövcuddur. Biz münaqişə tərəflərini humanitar yardımların göstərilməsinə şərait yaratmağa çağırırıq. Ukraynanın cənub-şərqinə hər hansı bir yolla göndərilən və insanların əziyyətini yüngülləşdirən bütün humanitar yardımları yüksək qiymətləndiririk".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR