İsrail “Əl-Cəzirə” telekanalının yayımını dayandırmaq niyyətindədir

İsrail “Əl-Cəzirə” telekanalının yayımını dayandırmaq niyyətindədir
# 22 iyul 2014 19:11 (UTC +04:00)

Bakı-APA. İsrail hakimiyyəti Qətərin “Əl-Cəzirə” telekanalının yayımına qadağa qoymaq niyyətindədir. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı İsrail XİN rəhbəri Aviqdor Liberman Facebook səhifəsində dərc edib. O “Əl-Cəzirə” telekanalının Fələstinin HƏMAS qruplaşmasının təbliğat maşını olduğunu bildirib.

“Biz telekanalın İsrail ərazisində yayımının qarşısını almaq üçün tədbirlər görəcəyik”, deyə Liberman bildirib.

Qeyd edək ki, “Əl-Cəzirə” telekanalı Qəzza zolağında baş verən hadisələri fasiləsiz rejimdə işıqlandırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR