Vətəndaşlara qarşı dələduzluq edən şəxs tutulub

Vətəndaşlara qarşı dələduzluq edən şəxs tutulub
# 31 oktyabr 2014 09:27 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda dələduzluq faktı aşkarlanıb. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, vətəndaşların etibarından sui-istifadə edərək, Ramal Babayevə 1000 manat, Araz Kazımova 900 manat, Bəhruz Nuriyevə 900 manat, Nazim Əzimzadəyə 2700 manat, Natiq Həsənova 4000 min manat məbləğlərində, dələduzluq əməli törətməkdə şübhəli bilinən Beyləqan rayon sakini Fərhad Məmmədov saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR