“AÇG” və “Şahdəniz” yataqlarından sualtı boru kəmərləri ilə “Səngəçal” terminalına göndərilən neft və qazın həcmi məlum olub

“AÇG” və “Şahdəniz” yataqlarından sualtı boru kəmərləri ilə “Səngəçal” terminalına göndərilən neft və qazın həcmi məlum olub
# 20 noyabr 2014 11:55 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu8 ilin III rübündə “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə “Səngəçal” terminalına göndərilməsi davam edib.

Yataqların operatoru “BP-Azerbaijan” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 mln. barel neft və “Şahdəniz” qazı üçün təqribən 27,4 mln. standart kubmetrdir, ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 41,5 mln. standart kubmetr təşkil edir.

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini “Azəriqaz”ın qazpaylama sistemi ilə birləşdirən Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsus qaz kəməri ilə ixrac olunur.

Bu ilin birinci üç rübü ərzində terminal 227 mln. barel neft (o cümlədən 198 mln. barel Bakı-Tbilisi-Ceyhan vasitəsilə, 24 mln. barel Qərb İxrac Boru Kəməri marşrutu (QİBK), 4 mln. barel dəmir yolu vasitəsilə və 1,4 mln. barel kondensat ixrac kəməri vasitəsilə) ixrac edib.

Bu ilin üç rübü ərzində terminal həmçinin gündəlik orta hesabla 26,351 mln. standart kubmetr “Şahdəniz” qazı ixrac edib.

Qeyd edək ki, “Azəri-Çıraq-Günəşli”də iştirak payları BP (operator – 35,8%), ARDNŞ (11,6%), “Chevron” (11,3%), “İnpex” (11%), “Statoil” (8,6%), “ExxonMobile” (8%), TPAO (6,8%), “İtochu” 4,3%), “ONGC Videsh Limited” (OVL) (2,7%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR